Yanvarda bank sektorunun kredit qoyuluşları cüzi artıb

Yanvarda bank sektorunun kredit qoyuluşları cüzi artıb

31 Yanvar 2021-ci il ərzində Azərbaycan banklarının (bank sektorunun) cəmi kredit qoyuluşları 14 milyard 213 milyon 800 min manat təşkil edib.

Marja Mərkəzi Banka istinadən xəbər verir ki, ötən ilin dekabr ayının sonu ilə müqayisədə bank sektorunun cəmi kredit qoyuluşları 56,8 milyon manat və ya 0,4% artıb.

Belə ki, Azərbaycanın bank sektorunun kredit qoyuliuşları 31 Dekabr 2020-ci il tarixində 14 milyard 157 milyon manat təşkil etmişdi.

Yanvarda cəmi xalis kredit qoyuluşları (kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat xaric kredit qoyuluşları) isə 43,8 milyon manat artaraq 13 milyard 64 milyon 100 min manata çatıb.