Sevgilisi ilə Bodruma səyahət edən İbrahim Tatlıses 500 kq çiğ köftə paylayıb

Sevgilisi ilə Bodruma səyahət edən İbrahim Tatlıses 500 kq çiğ köftə paylayıb

Ötən gün özündən 43 yaş kiçik sevgilisi Gülçin Karakaya ilə Bodruma səyahət edən İbrahim Tatlıses "İbo Show"nun uğurlarının şərəfinə 500 kq çiğ köftə paylayıb.

Open.az xəbər verir ki, Bodrumdakı Bitez Məhəlləsində olan "Çiğ Köfte-Lahmacun" kafesinə baş çəkən İbrahim Tatlıses, ətrafda yaşayan insanlara çiğ köftə ikram edib.

Sevənləri ilə fotolar çəkdirən İbrahim Tatlıses, özünə aid olan restoranın qarşısında mahnı da oxuyub.