Ötən gecə Moskvada qışın ən soyuq temperaturu qeydə alınıb

Ötən gecə Moskvada qışın ən soyuq temperaturu qeydə alınıb

Ötən gecə Rusiyanın paytaxtı Moskva şəhərində qışın ən soyuq temperaturu qeydə alınıb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, Rusiya paytaxtında havanın temperaturu mənfi 25 dərəcəyə enib.

Moskva vilayətində isə 30 dərəcə şaxta qeydə alınıb.

Sinoptiklər sonuncu dəfə Moskvada 65 il bundan öncə belə şaxtalı havanın qeydə alındığını bildiriblər.