Moskvadan TƏKLİF: Əsirlər “hamının hamıya” prinsipi ilə dəyişdirilsin

Moskvadan TƏKLİF: Əsirlər “hamının hamıya” prinsipi ilə dəyişdirilsin

Rusiya Azərbaycan və Ermənistanı əsirləri “hamının hamıya” prinsipi ilə dəyişdirilməsini istəyir.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə səfir Sergey Kopırkin bildirib.

Rusiyanın Ermənistandakı səfiri əsirlərin dəyişdirilməsi prosesinin rahat keçmədiyini əlavə edib.

“Biz istəyirik ki, əsirlər “hamının hamıya” prinsipi ilə dəyişdirilsin”-deyə səfir qeyd edib.

O həmçinin, Rusiyanın Ermənistan ordusunun yenidən qurulmasında aktiv iştirak etdiyini də deyib.