Açıq Hava Teatrı təşəbbüsü -

Açıq Hava Teatrı təşəbbüsü -

“Yarat, inkişaf et, töhfə ver” layihəsi çərçivəsində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şəmkir nümayəndəliyi 2020-ci ilin sentyabr ayında Şəmkirdə “Açıq Hava Teatrı” təşəbbüsünü həyata keçirib.

Layihənin məqsədi incəsənət vasitəsi imkanlarından istifadə edərək gənclərin diqqətini unudulmuş abidələrə çəkmək və onların yaradıcılıq imkanlarını genişləndirməkdir. Layihənin əsas vəzifəsi unudulmuş tarixi abidə və məkanları təbliğ edib, gənclərin diqqətini bu istiqamətə yönəldərək gələcəkdə turizim imkanlarının genişləndirilməsinə dəstək olmaqdır.

Layihə çərçivəsində “Açıq Hava Teatrı” keçirilən Şəmkir rayon Çinarlı qəsəbə Alman Parkı ərazisindəki yaşıl teatrda ilk olaraq təmizlik askiyası keçirilib. Ərazi otlardan və tulantılardan təmizlənib. Ardınca yaşıl teatrın tamaşaçı ərazisinə simvolik oturacaqlar yerləşdirilib. Mövcud pandemiya vəziyyətini nəzərə alaraq gənclər boş tamaşaçısı olan səhnədə konsert proqramı ilə çıxış edərək əsas diqqəti məkana cəlb ediblər.

#GİKM #EDUHUB #ŞəmkirGİKM #Kaf #KönüllüSƏN #MərkəzsənSƏN #İnkişafınMərkəzindəSƏN