Azərbaycanda onlayn iş üçün internet paketi istifadəyə verildi

Azərbaycanda onlayn iş üçün internet paketi istifadəyə verildi

Hazırki dövrdə onlayn iş və təhsilin sosial əhəmiyyətini və abunəçilərin distant ünsiyyətə artan tələbatını nəzərə alaraq, Bakcell onlayn iş və təhsil üçün nəzərdə tutulmuş xüsusi internet paketini istifadəyə verib.

Marja şirkətə istinadən xəbər verir ki, yeni “Onlayn iş və təhsil” internet paketi sayəsində istifadəçilər iş görüşlərinə və onlayn dərslərə istənilən yerdən və istənilən mobil cihazdan asanlıqla qoşula biləcəklər. Ayda cəmi 10 manata Bakcell abunəçiləri 40 GB həcmində internet trafiki əldə edəcək.

Yeni internet paketi “Skype”, “Zoom”, “MS Teams” və “Go to Meeting” kimi onlayn platformalarda istifadə oluna bilər. Beləliklə, onlayn təhsil alan və evdən işləyən internet istifadəçiləri “Bakcell”in ən üstün müştəri təcrübəsi ilə yanaşı Azərbaycanın ən üstün mobil şəbəkəsindən yararlanacaqlar.