Ledi Qaqanın yeni imicini görənlər tanımadı -FOTOLAR

Ledi Qaqanın yeni imicini görənlər tanımadı -FOTOLAR

Dünya şöhrətli müğənni Ledi Qaqa yeni imiclə Roma küçələrində görüntülənib.

Open.az xəbər verir ki, Ledi Qaqanın yeni imici, yeni çəkiləcək filmlə bağlıdır. Belə ki, çəkilişlərinə Romada start veriləcək film "Gucci" adlanır. Filmdə Ledi Qaqa Maurisio Quccinin keçmiş həyat yoldaşı Patrisiya Redcani Martinellinin obrazını canlandıracaq.

Çəkilişlərinə mart ayında başlanacaq "Gucci" filminin rejissoru, məşhur İngilis kinorejissoru Ridli Skottdur.

Filmdə 34 yaşlı Ledi Qaqanın tərəf müqabilləri Al Paçino, Robert De Niro, Adam Driver və Jared Leto kimi məşhur aktyorlar olacaq.

Qeyd edək ki, "Gucci" filmində çəkilmək üçün Ledi Qaqa saç rəngini və geyim tərzini dəyişib.

Ülviyyə Həsənqızı