Azərbaycanda Xəzərin sahilinin donmasının səbəbi AÇIQLANDI

Azərbaycanda Xəzərin sahilinin donmasının səbəbi AÇIQLANDI

Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu Xəzər dənizinin ləpədöyən hissəsində donması ilə bağlı yayılan fotoya aydınlıq gətirib.

İnstitutun əməkdaşı Məhərrəm Mehdiyev Oxu.Az-a açıqlamasında bildirib ki, Xəzər dənizinin ləpədöyən hissəsinin buz bağlaması adi bir haldır:

“Ölkə ərazisində havanın kəskin dəyişməsi nəticəsində temperaturunun mənfi səkkiz, doqquz dərəcəyə düşüb.

Şabran rayonu ərazisində Xəzər dənizin ləpədöyən hissəsinin buzlaşması oranın dayaz olması ilə bağlıdır. Haradakı dayaz yerlər var, ora buz bağlaya bilər. Havanın temperaturu yüksələn kimi buz əriyəcək”.