Binəqədidə hava şəraiti ilə bağlı tədbirlər görüldü - FOTO

Binəqədidə hava şəraiti ilə bağlı tədbirlər görüldü - FOTO

Hava şəraiti ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə, Rayon İcra Hakimiyyətinin qəsəbə və sahə inzibari ərazi dairələrinin, mənzil kommunal təsərrüfat birliklərinin və Binəqədi rayon bələdiyyələrinin xidməti fəaliyyəti nəticəsində rayonunun bütün ərazisində, o cümlədən qəsəbələrdə, mərkəzi yollarda müvafiq zəruri tədbirlər həyata keçirilib.

Open.az xəbər verir ki, ümumilikdə 25 xüsusi təyinatlı texnika cəlb olunub və 350 tona yaxın qum və duz qarışığı riskli magistral yollara, məhəllə daxili yollara, eləcə də piyada səkilərinə səpilib.

Proses hal-hazırda da davam etdirilir. Eyni zamanda rayon bələdiyyəsinin ərazisində, S.S.Axundov küçəsində (Şuşa Dövlət Musiqili Dram Teatrının qarşısı) hava şəraiti ilə əlaqədar yollarda gecikən sərnişinlər üçün sığınacaq quraşdırılıb. Hazırda sığınacaq fəaliyyətini davam etdirir.