Samuxda iki nəfər bıçaqlanıb

Samuxda iki nəfər bıçaqlanıb

Hadisəni törədən şəxs saxlanılıb

Samuxda iki nəfərin bıçaqlanması ilə nəticələnən hadisənin təfərrüatları məlum olub. AYNA-nın APA-ya istinadən məlumatına görə, hadisəni törədən şəxs 50 yaşlı Asəf Muradov tanışı Elçin Məmmədovla yeyib-içdikdən sonra aralarında mübahisə düşüb.

Bu zaman A.Muradov E.Məmmədova bir neçə bıçaq xəsarəti yetirib. Dava zamanı onları ayırmaq istəyən Eldəniz Həsənov da bıçaqlanıb. Xəsarət alan hər iki şəxs xəstəxanaya yerləşdirilib. Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.