Boksçu rəqibini yeddi saniyəyə nokdauna saldı – VİDEO

Boksçu rəqibini yeddi saniyəyə nokdauna saldı – VİDEO

Amerikalı boksçu Mark Kastro rəqibi Con Moraqa üzərində inamlı qələbə qazanıb.

“DAZN Boxing”in “Twitter” səhifəsində döyüşün videoyazısı paylaşılıb.

21 yaşlı qalib artıq qarşılaşmanın yeddinci saniyəsində Moraqanı nokdauna göndərib. Döyüşün 2-ci raundunda isə Kastro rəqibini nokaut vəziyyətinə salaraq qalib gəlib.

Qeyd edək ki, bu gənc boksçunun peşəkar karyerasında ikinci ardıcıl qələbəsidir. O, hər iki görüşdə nokautla qalib gəlib.

Xatırladaq ki, Mark peşəkar boksa qarışıq döyüş meydanından gəlib. 2018-ci ildən MMA ustası kimi çıxış edən Kastronun 19 qələbəsi və yeddi məğlubiyyəti var.

Marc Castro dropped his opponent SEVEN SECONDS into the fight 👀 pic.twitter.com/38dCy8Y8Mi

— DAZN Boxing (@DAZNBoxing) February 28, 2021