Fransada koronavirusa yoluxanların sayı 3,75 milyon nəfəri ötüb

Fransada koronavirusa yoluxanların sayı 3,75 milyon nəfəri ötüb

Bakı. Trend:

Fransada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 19 952 yoluxma halı qeydə alınıb.

Trend-in "Sinxua" agentliyinə istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 3 755 968 nəfərə çatıb.

Məlumata əsasən, ötən sutka koronavirusdan 122 nəfər ölüb, ölənlərin ümumi sayı 86 454 nəfər təşkil edir.