İsraildə koronavirusa yoluxanların sayı 775 min nəfərə çatır

İsraildə koronavirusa yoluxanların sayı 775 min nəfərə çatır

Bakı. Trend:

İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 1 218 nəfər yoluxub.

Trend-in "Sinxua"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 774 479 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 760 633 nəfəri sağalıb, 5 738 nəfəri isə vəfat edib.