Gözlər OPEC+ yığıncağında!

Gözlər OPEC+ yığıncağında!

Neft qiymətləri, OPEC+ yığıncağının keçiriləcəyi həftənin ilk seansında yüksəlib.

Marja xəbər verir ki, fyuçers müqavilələri, Nyu York bazarında, cümə günü 3,2% düşdükdən sonra 63 dollara doğru yüksəlib. Cümə axşamı günü toplanacaq OPEC+ koalisiyasının istehsalı bir az artıracağı düşünülür.

Səudiyyə Ərəbistanının energetika naziri istehsalçılara diqqətli davranmalarına dair xəbərdarlıq etsə də, qrupdakı ölkələrin necə bir mövqe nümayiş etdirəcəkləri hələ qeyri-müəyyənliyini qoruyur.

Neftin bahalaşmasına Asiya bazarlarında artam tələb də təsir edir. ABŞ Prezidenti Joe Biden-in 1,9 trilyon dollarlıq təşviq paketinə bir addım daha yaxınlaşılması da neft qiymətlərini dəstəkləyib.

OPEC+ yığıncağı çox əhəmiyyətlidir. Qiymətlər OPEC+ın hasilatı çox az bir miqdarda artırılmasına getməsi halında hələ müsbət qala bilər, lakin hasilatın böyük miqdarda artırılması qərarı olsa qiymətlər pisləşə bilər.

Brent nefti 1,7% bahalaşaraq bareli 65,51 dollara yüksəlib.