Fizika, coğrafiya və tarix fənləri üzrə ev tapşırıqları müzakirə edilib

Fizika, coğrafiya və tarix fənləri üzrə ev tapşırıqları müzakirə edilib

Dövlət İmtahan Mərkəzi tərəfindən fizika, coğrafiya və tarix fənlərindən qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması və ekspertizasına dair hazırlıq kurslarının növbəti məşğələləri keçirilib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, onlayn məşğələlərdə kurs iştirakçılarının hazırladıqları ev tapşırıqları müzakirə edilib. Moderatorlar – coğrafiya fənni üzrə Nərminə Seyfullayeva, fizika fənni üzrə Əlövsət Rəcəbli və tarix fənni üzrə Hafiz Cabbarov ev tapşırıqlarının müzakirəsini aparıblar. İştirakçılar tapşırıqlar barədə fikirlərini bildirərək təkliflər veriblər.

Hazırlıq kurslarının növbəti məşğələlərində digər fənlər üzrə ev tapşırıqlarının müzakirəsi aparılacaq.