AĞCABƏDİ: - Məktəb mənim dostumdur layihəsinin qalibi -

AĞCABƏDİ: - Məktəb mənim dostumdur layihəsinin qalibi -

AĞCABƏDİ: - “ Məktəb mənim dostumdur” layihəsinin qalibi

Ağcabədi şəhər 6 saylı tam orta məktəb Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi qalibi olmuşdur.
Bununla bağlı şəhər 6 saylı məktəbin direktoru və layihə rəhbəri Nərminə Əkbərova AZpress.AZ- ın müxbirinə məlumat verərək bildirmişdi ki,layihədə məqsəd İnklüziv təhsil ümumi təhsilin inkişafı prosesidir.
Beləliklə, fərqləndirici xüsusiyyətindən asılı olmayaraq hamı bir sinifdə təhsil almağa başlayır. Bu təhsilin onlara nə verdiyinə, nə öyrətdiyinə diqqət edək: “Xüsusən müasir təlim yanaşmaları, kurikulum daha çox interaktiv təlim üsuluna əhəmiyyət verir. Burada müəllimin fəaliyyəti arxa plana keçir. Şagirdlər qarşılıqlı münasibət, müzakirə, layihə işləməklə bir-birindən öyrənir və bir-birinə öyrədirlər. Sinifdə, sadəcə akademik bilik qazanmırlar. Biliyi əldə etməyi, onu başqa uşaqlarla birgə axtarmağı öyrənirlər. Belə olan halda əminliklə deyə bilərik ki, fərqli uşaqların bir yerdə öyrənməsi daha yaxşı nəticə verir. Unutmamalıyıq ki, fərdi hazırlıqda qazanılanı kollektiv hazırlıqda da əldə etmək olur.
Odur ki, birmənalı olaraq dünyada qəbul edilən qənaət ondan ibarətdir ki, əlilliyi olan və ya hər hansı səbəbdən təhsildən uzaqlaşan uşaqların ümumtəhsil məktəbinə cəlb olunması və fərqləndirici xüsusiyyətindən asılı olmayaraq, bütün cəmiyyət üzvlərinin bir sinifdə təhsil alması fərqləndirilənlər də daxil olmaqla, hamının xeyrinədir.