Qarabağdakı Rusiya sülhməramlılarının daha yaxşı yerləşdirilməsinin təmini məqsədilə daha 4 modul tipli şəhərcik istifadəyə verilib.
Cebhe.info xəbər verir ki, məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.
Şəhərciklər Xankəndi və Xocavənddə (Rusiya Müdafiə Nazirliyinin məlumatında bu ərazilər Stepanakert və Martuni olaraq göstərilib-red.) işə salınıb.
Bu günə qədər artıq sülhməramlılar üçün 8 şəhərcik salınıb. Bu, sülhməramlıların komfort yaşayışını təmin etmək, şəxsi heyətin məişət problemlərinin həllinə kömək edir, səhra yeməkxanaları, anbarlarından imtinaya gətirib çıxarır.
Xəzər
Cebhe.info
Bizi Telegramda izləyin