Tramp Baydeni qiymətləndirdi: Tarixin ən pisi...

Tramp Baydeni qiymətləndirdi: Tarixin ən pisi...

Yeni partiya yaratmayacağam.

Axar.az xəbər verir ki, bunu ABŞ-ın sabiq prezidenti Donald Tramp CPAC Konservativ Konfransında çıxışı zamanı deyib. O, Respublikaçılar Partiyasının üzvü olduğunu və bu üzvlüyünü qoruyub saxlayacağını bildirib.

Tramp ABŞ lideri Cozef Baydenin prezidentliyinin ilk ayını tənqid edərək, onu ABŞ tarixinin “ən pis prezidenti” adlandırıb:

“Cozef Bayden müasir tarixin bütün prezidentləri arasında ən fəlakətli birinci ayı olan liderdir. O, artıq iş yerlərinə, ailəyə, sərhədlərə, energetikaya, qadınlara və elmə qarşı olduğunu göstərib. Biz hamımız Baydenin pis olacağını bilirdik, amma bu qədər pis olacağını gözləmirdik. ABŞ-a seçki reformu lazımdır. Bu seçkilər saxtalaşdırılıb və Ali Məhkəmə ilə digər məhkəmələr buna qarşı heç nə etmək istəməyiblər. Belə şeylərə yol verilməməlidir”.

Eks-prezident yenidən prezidentliyə namizədliyini irəli sürəcəyini istisna etməyib. O, Feysbuk, Tvitter və Quqlun ciddi sanksiyalarla cəzalandırılması gərəkdiyini bildirib.