Estoniyada pandemiyaya görə yeni məhdudiyyətlər tətbiq olunub

Estoniyada pandemiyaya görə yeni məhdudiyyətlər tətbiq olunub

Bakı. Orxan Nəbiyev - Trend:

Estoniyada koronavirus pandemiyası ilə əlaqədar yeni məhdudiyyətlər tətbiq olunub.

Trend-in məlumatına görə, martın 1-dən etibarən qapalı məkanlarda tədbirlərin keçirilməsi, dini ayinlər, kino, teatr və konsert tədbirləri qadağan edilir.

Eyni zamanda açıq havada 10 nəfərdən artıq toplanma qadağan olunur. Bu müddət ərzində saunalar, su və spa mərkəzləri fəaliyyəti dayandırır.

Məhdudiyyətlər martın 28-dək davam edəcək.

Qeyd edək ki, Estoniyada bugünədək 65 mindən çox şəxs koronavirusa yoluxub, 589 nəfər ölüb.