"Twitter"in qurucusunun ilk paylaşımının qiyməti onlayn-hərracda 2 milyon dollara çatıb

"Twitter"in qurucusunun ilk paylaşımının qiyməti onlayn-hərracda 2 milyon dollara çatıb

Bakı. Trend:

"Twitter"in qurucusu Cek Dorsinin bu sosial şəbəkədə ilk paylaşımı "Valuables" onlayn-hərracına yerləşdirilib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, onlayn-hərracda C.Dorsinin ilk paylaşımının qiyməti 2 milyon dallara çatıb.

Məlumata əsasən, ilk "tvit"i almaq hüququ uğrunda əsas mübarizə "Bridge Oracle" şirkətinin baş direktoru Hakan Estavi ilə Çinli sahibkar, "Tron" kriptovalyutasının banisi Castin San arasında yaşanıb. C.San bu gün səhər saatlarında 2 milyon dollar təklif irəli sürüb.

Qeyd edək ki, C.Dorsi ilk "Twitter"də ilk paylaşımını 2006-cı ilin mart ayının 21-də yerləşdirib.