Xızıda avtomobil qarlı yolda qalıb, xilasedicilərə müraciət olunub

Xızıda avtomobil qarlı yolda qalıb, xilasedicilərə müraciət olunub

Xızı rayonunun Qızılqazma kəndində “VAZ” markalı minik avtomobilinin qarlı yolda qalması səbəbi ilə Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə kömək üçün müraciət daxil olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 2 nəfərə köməklik göstərilib.