ABŞ-da afroamerikalı Floydun həlak olduğu yerdə atışma baş verib, ölən var

ABŞ-da afroamerikalı Floydun həlak olduğu yerdə atışma baş verib, ölən var

ABŞ-ın Minneapolis şəhərində (Minnesota ştatı) afroamerikalı Corc Floydun həlak olduğu yerdə baş verən atışma zamanı azı 1 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə polisə istinadən CNN teleşirkəti bildirib.

Hüquq-mühafizə orqanlarının nümayəndəsinin sözlərinə görə, atışma iki şəxs arasında mübahisə nəticəsində olub. Onların şəxsiyyəti açıqlanmır. Dava iştirakçılarından biri mübahisə zamanı atəş açıb. Zərərçəkən xəstəxanaya çatdırılıb, lakin həkimlərin səyinə baxmayaraq ölüb. Polis hadisənin başvermə səbəbini araşdırır.

Corc Floyd ötən ilin 25 mayında saxlanılma zamanı keçmiş polis əməkdaşı Derek Şovinin sərti üsulla boğan fənd qəbul tətbiq etməsi nəticəsində ölüb. Mayın 26-da onun saxlanılmasında iştirak edən dörd polis əməkdaşının hamısı işdən çıxarılıb.