Premyer Liqada və Azərbaycan Kubokunda oyunlar nə vaxt baş tutacaq?

Premyer Liqada və Azərbaycan Kubokunda oyunlar nə vaxt baş tutacaq?

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turun oyun cədvəli müəyyənləşib.

Oxu.Az xəbər verir ki, tur iki günü əhatə edəcək.

16 aprel

18:00 "Səbail" - "Qarabağ"
"ASCO Arena"

20:15 "Sumqayıt" - "Qəbələ"
"Kapital Bank Arena"

17 aprel

18:00 "Keşlə" - "Sabah"
"ASK Arena"

20:15 "Neftçi" - "Zirə"
"Bakcell Arena".

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında "Qarabağ" 43 xalla liderdir. Onu bir xal az toplamış "Neftçi" izləyir.

Həmçinin Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk görüşlərinin oyun cədvəli də açıqlanıb.

21 aprel

18:30 "Keşlə" - "Zirə"
"ASK Arena"

20:30 "Sumqayıt" - "Qarabağ"
"Kapital Bank Arena"