“PlayStation 5” qurğusunun satışa çıxarılma tarixi açıqlanıb

“PlayStation 5” qurğusunun satışa çıxarılma tarixi açıqlanıb

Yeni nəsil “Sony” və “Microsoft” oyun qurğularının defisiti 2022-ci ilin ortalarınadək davam edə bilər. Bu barədə “Game Rant” nəşri məlumat yayıb.

Metbuat.az “ICTnews” istinadən xəbər verir ki, hesabata görə, iri yarımkeçirici istehsalçıları – “Foxconn”, “AMD”, “Nvidia” prosessor və digər qurğular üçün komponent hissələrin çatışmazlığı ilə üzləşiblər. Məsələn, “PlayStation 5” və “Xbox Series X/S” konsollarında “AMD” qrafik prosessorlarından istifadə olunur ki, bu da konsolların satışa çıxarılma tarixinin yubanmasına durmadan təsir göstərir.

“Foxconn” rəhbəri Yanq Lyu bildirib ki, şirkət tərəfdaşlara planlaşdırıldığından 10 faiz az avadanlıq tədarük edəcək. Korporasiyanın daxili hesabatına görə, yarımkeçiricilərin defisiti 2022-ci ilin ortalarınadək davam edəcək, çünki hazırda tələbat təklifi 10-30 faiz üstələyir. “AMD” və “Nvidia” videokartları çatışmazlığı ilə bağlı problemin 2022-ci ilədək həll edilməyəcəyi gözlənilir.

Jurnalistlər qeyd edib ki, yarımkeçiricilərin defisiti ilə bağlı problemin həlli “Sony” və “Microsoft” konsollarının dərhal satışa çıxarılacağına zəmanət vermir. Bununla əlaqədar oyun qurğularının çatışmazlığı 2022-ci ilin sonunadək davam edə bilər.