Kürdəmirdə qətl törədilib

Kürdəmirdə qətl törədilib

Kürdəmir sakini naməlum şəraitdə qətlə yetirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, rayon sakini, 1969-cu il təvəllüdlü Arif Abduləziz oğlu Səmədov bud nahiyəsindən aldığı bir neçə bıçaq xəsarətləri ilə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, o, xəstəxanada dünyasını dəyişib.

Onun meyiti müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.

A.Səmədovun hansı şəraitdə qətlə yetirilməsi hələ ki məlum deyil. Faktla bağlı araşdırma aparılır.