Gürcüstan səfirini Ukraynaya geri göndərir

Gürcüstan səfirini Ukraynaya geri göndərir

Gürcüstan Xarici İşlər Nazirliyi 2020-ci ilin mayından geri çağırdığı səfir Teymuraz Şaraşenidzeni Ukraynaya göndərir. Bu barədə Gürcüstanın XİN rəhbəri David Zalkaliani bildirib.

"İndi vaxt yoxdur və əvvəlki vəziyyət deyil. Ukrayna ətrafında vəziyyət dəyişir. Biz səfirimizin orada olmamasına özümüzə icazə verə bilmərik", - Zalkaliani qeyd edib.

Xatırladaq ki, Teymuraz Şaraşenidze keçmiş prezident Mixail Saakaşvilinin Ukraynada İslahatların İcraiyyə Komitəsinin rəhbəri vəzifəsinə təyin olunmasından sonra geri çağırılmışdı.