Ağdamda ev yanıb (FOTO)

Ağdamda ev yanıb (FOTO)

Ağdam: Aslan Məmmədli -Trend

Ağdamda 3 otaqlı ev əşyaları ilə birlikdə yanıb.

Trend-in Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Çəmənli kəndində qeydə alınıb.

Kənd sakini Murtuza Bəxtiyarova məxsus ev yanıb. Hadisə yerinə FHN-in Ağdam yanğınsöndürmə bölməsinin yanğınsöndürənləri çağrılıb. Alov söndürələrək yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınsa da, lakin ev əşyaları ilə birlikdə yanıb.

Faktla bağlı araşdırma başlanıb.