Britaniyada yoluxma sayı artdı, ölüm azaldı

Britaniyada yoluxma sayı artdı, ölüm azaldı

Böyük Britaniyada son sutka ərzində 2589 nəfər koronavirus infeksiyasına yoluxub.

Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Ölkə üzrə koronavirusa yoluxanların sayı 4 368 045 nəfərə çatıb.

Ötən 24 saatda daha 40 pasiyent dünyasını dəyişib. COVID-19 qurbanlarının ümumi sayı 127 080 nəfərdir.