“Liverpul” 2021-ci ildə evdə ilk qələbəsini qazandı - VİDEO

“Liverpul” 2021-ci ildə evdə ilk qələbəsini qazandı - VİDEO

İngiltərə Premyer Liqasının XXXI turunda “Aston Villa”nı qəbul edən “Liverpul” 2:1 hesablı qələbə qazanıb.

Maraqlıdır ki, bu, “qırmızılar”ın 2021-ci ildə ilk ev qalibiyyətidir.

Yurgen Kloppun yetirmələri “Enfild Roud”dakı tilsimi 8 matçdan sonra qırıb. Komanda buna qədər axırıncı dəfə doğma arenasında ötən il dekabrın 16-da “Tottenhem”ə qalib gəlib – 2:1.

Sonrakı 8 görüşdə “mersisaydlılar” 2 heç-heçə edib, 6 dəfə meydanı başıaşağı tərk edib.

Qeyd edək ki, “Liverpul” hazırda Premyer Liqada 52 xalla 4-cü pillədə qərarlaşır.