İtaliyada son sutkada koronavirusdan 344 nəfər ölüb

İtaliyada son sutkada koronavirusdan 344 nəfər ölüb

İtaliyada son sutka ərzində 17 567 koronavirusa yoluxma qeydə alınıb.

APA Reuters-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Son 24 ərzində koronavirusdan ölüm sayı isə 344 olub.

Qeyd edək ki, İtaliya koronavirusa yoluxma sayına görə, Avropada İngiltərədən sonra ikinci ölkədir. Ölkədə bu günə qədər 3,75 milyon yoluxma təsdiqlənib.