Dünya üzrə koronavirusa yoluxanların sayı 135 milyonu ötüb

Dünya üzrə koronavirusa yoluxanların sayı 135 milyonu ötüb

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 747 mindən çox artıb.

AZƏRTAC Ümumdünya Səhiyyə Təşkilatına istinadla xəbər verir ki, ötən sutka ərzində 747 min 219 nəfər yeni koronavirusa yoluxub, 13 min 556 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 135 milyon 290 min 568, ölənlər isə 2 milyon 927 min 764 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Dünyada bu vaxtadək ən çox yoluxma halı ABŞ (31,8 milyon), Braziliya (13,3 milyon), Hindistan (13,3 milyon), Fransa (4,9 milyon) və Rusiyada (4,6 milyon) qeydə alınıb.