Türkiyədə son sutkada koronavirusdan 32 539 nəfər sağalıb

Türkiyədə son sutkada koronavirusdan 32 539 nəfər sağalıb

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 248 nəfər dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 33 702 nəfərə çatıb.

Bildirilib ki, ölkədə 52 676 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 3 798 333 nəfərə çatıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 32 539 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 3 301 217 nəfər təşkil edir.