“Olimpik” səfərdə “Monpelye” ilə heç-heçə edib, PSJ “Strasburq”u darmadağın edib

“Olimpik” səfərdə “Monpelye” ilə heç-heçə edib, PSJ “Strasburq”u darmadağın edib

Futbol üzrə Fransa çempionatında 32-ci turun oyunları keçirilir.

SİA xəbər verir ki, şənbə günü daha iki qarşılaşma baş tutub.

Turnir cədvəlinin ikinci pilləsində qərarlaşan PSJ bu turda “Strasburq” səfərinə yollanıb. Paris təmsilçisi bu oyunda darmadağına sevinib.

Marsel “Olimpik” isə səfərdə “Monpelye” ilə üz-üzə gəlib. Altı qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.

Fransa Liqa 1

32-ci tur

10 aprel

Strasburq – PSJ 1:4

Qol: Sahi, 63 – Mbappe, 16. Sarabiya, 27. Kin, 45. Paredes, 79.

Monpelye – Olimpik (Marsel) 3:3

Qol: Delor, 1. Laborde, 47; 90+4 – Milik, 43. Qeye, 45+2. Perrin, 71

9 aprel

Mets – Lill 0:2

Qol: B.Yılmaz, 60. Z.Çelik, 89.

11 aprel

15:00. Renn – Nant

17:00. Brest – Nim

17:00. Lans – Loryan

17:00. Nitsa – Reyms

17:00. Sent-Etyen – Bordo

19:05. Monako – Dijon

23:00. Olimpik (Lion) – Anje