Bu ilin birinci rübündə Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 105 milyon dolları ötüb

Bu ilin birinci rübündə Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 105 milyon dolları ötüb

Bu ilin birinci rübündə Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 105 milyon dolları ötüb.

Bu barədə AZƏRTAC-a Belarus Dövlət Statistika Komitəsindən məlumat verilib.

Yanvar-fevralda Belarusdan Azərbaycana ixracın dəyəri 26,4 milyon dollar, ölkəmizdən Belarusa isə 79,1 milyon dollar təşkil edib.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 313 milyon dolları ötüb. Bu da 2019-cu illə müqayisədə 86 milyon dollar çoxdur.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk