ABŞ Rusiyanı belə izləyəcək: müqavilə imzalandı

ABŞ Rusiyanı belə izləyəcək: müqavilə imzalandı

ABŞ Rusiyanı izləmək üçün Norveçdə infrastruktur quracaq.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Norveç müdafiə naziri Frank Bakke-Jensen çıxış edib.

Onun sözlərinə görə, tərəflər artıq müvafiq razılaşma imzalayıblar. Müqavilənin şərtlərinə əsasən, Vaşinqton üç aerodromdan və bir dəniz bazasından istifadə edə bilər, həmçinin ABŞ və NATO-nun sualtı əleyhinə patrul təyyarələri üçün bir anqar və "Ramsund" bazasında yanacaq təchizatı sistemi quracaq

Beləliklə, ABŞ Şimali Donanması Rusiya sualtı qayıqlarını izləmək niyyətindədir. Norveçin 2022-ci ilə qədər "Boinq" tərəfindən inşa edilən 5 "P-8A Poseydon" sualtı əleyhinə təyyarə alacağı gözlənilir.