Deputat buraxılış imtahanlarının yenidən keçirilməsini təklif edir

Deputat buraxılış imtahanlarının yenidən keçirilməsini təklif edir

Milli Məclisin iclasında deputat Azər Badamov Dövlət İmtahan Mərkəzinin (DİM) buraxılış imtahanları üçün tərtib etdiyi sualların çətin olmasından danışıb.

Oxu.Az-ın xəbərinə görə, deputat qeyd edib ki, bəzi suallar ali məktəbə qəbul imtahanları səviyyəsində qoyulur.

“Təklif edirəm ki, buraxılış imtahanları yenidən keçirilsin və ya qiymətləndirmə sistemində fərqli yanaşma tətbiq edilsin”, - deyə A.Badamov əlavə edib.

Aqşin Kərimov