Bill Qeyts boşanır - Səbəb?

Bill Qeyts boşanır - Səbəb?

"Microsoft"un qurucusu, amerikalı milyarder Bill Qeyts və xanımı Melinda Qeyts boşanmağa qərar veriblər.
B.Qeyts boşanma qərarını "Twitter" hesabında bu sözlərlə ifadə edib:"Münasibətimiz haqqında çox düşündükdən sonra evliliyimizi bitirməyə qərar verdik"."Sherg.az" türk mediasına istinadən xəbər verir ki, cütlüyün 27 illik evliliyindən 3 uşağı var.
B.Qeyts qurduqları təməllə dünyanın hər yerində insanların sağlam və məhsuldar həyat sürmələrinə kömək edən missiyalarına davam edəcəklərini bildirib:
"Amma bundan sonra həyatımıza cütlük kimi davam edə bilmərik".