Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Gürcüstana yola düşüb

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Gürcüstana yola düşüb

Kişi voleybolçular arasında Avropa çempionatının təsnifat mərhələsində mübarizə aparacaq Azərbaycan milli komandası mayın 4-də Gürcüstana yola düşüb.

AZƏRTAC Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, “F” qrupunda Gürcüstan, Monteneqro və Yunanıstan yığmalarına qarşı mübarizə aparacaq millimiz ilk matçını mayın 7-də keçirəcək. Voleybolçularımız Monteneqro millisi ilə qarşılaşacaqlar.

Mayın 8-də Azərbaycan-Gürcüstan, ertəsi gün Yunanıstan-Azərbaycan oyunları keçiriləcək.