Dövlət Film Fonduna yeni filmlər daxil olub

Dövlət Film Fonduna yeni filmlər daxil olub

Azərbaycan Dövlət Film Fondunun əməkdaşlarının səyi nəticəsində xaricdə yaşayan soydaşlarımızın şəxsi arxivindən iki film fonda hədiyyə edilib.

Film Fondundan AZƏRTAC-a bildirilib ki, ekran əsərləri Xalq artisti Eldar Quliyevin 60-cı illərdə Ümumittifaq Kinematoqrafiya İnstitutunda çəkdiyi qısametrajlı “Gözləmə vaxtı” və rejissor Teymur Bəkirzadənin “Sevinc buxtası” filmlərinin çəkiliş prosesinə həsr edilib.

Hər iki ekran əsəri 35 mm-lik kino lentində təhvil alınıb.