Elektrikli yoxsa yanacaqla işləyən avtomobil?

Elektrikli yoxsa yanacaqla işləyən avtomobil?

Sürücülərin 18%-i elektrikli nəqliyyat vasitələrindən imtina edir və yanacaqla təchiz olunmuş avtomobillərə üstünlük verirlər. SİA xəbər verir ki, ABŞ-da aparılan bir araşdırma nəticəsində məlum olub ki, elektrikli avtomobillərin 18%-i bir müddət sora benzinlə işləyən nəqliyyat vasitələri ilə dəyişdirilib. Bu nisbət hibrid avtomobil sahibləri üçün 20%-dir. Elektriklə işləyən avtomobillərin sürücülər tərəfindən qaytarılmasının və ya dəyişdirilməsinin səbəbi nəqliyyat vasitələrinin doldurulmasında yaranan problemlərdir. Kaliforniya Universiteti elektrik və ya hibrid vasitə ilə işləyən avtomobillərin seçimlərini araşdırıb. Nəticələrə görə, sürücülərin demək olar ki, beşdə biri elektrikli avtomobillərini evdə və ya başqa yerlərdə asanlıqla doldura bilmədikləri üçün avtomobillərindən imtina ediblər və yenidən benzinli və ya dizel mühərrikli vasitələrə qayıdıblar. Araşdırmaya görə, "Tesla" sahibləri nəqliyyat vasitələrinə daha sadiqdirlər, "Fiat 500 e" isə asanlıqla tərk edilən nəqliyyat vasitələri arasındadır. Kişi və qadın sürücülər arasında müşahidə olunan fərq isə təəccübləndirir. Araşdırmanı aparan mütəxəssislər qadınların kişilərə nisbətən daha çox yanacaqla işləyən yəni benzin və ya dizel vasitələrlə dolan avtomobillərə üz tutduqlarını ortaya çıxarıb.