"Bavariya" 31-ci dəfə Almaniya çempionu oldu

"Bavariya" 31-ci dəfə Almaniya çempionu oldu

Futbol üzrə Almaniya Bundesliqasında 2020-2021-ci il mövsümünün qalibi müəyyənləşib.

Azvision.az xəbər verir ki, "Bavariya" klubu ardıcıl 9, ümumilikdə isə 31-ci dəfə ölkə çempionu olub.

Turnir cədvəlində 2-ci pillədə qərarlaşan "Leyptsiq"in 32-ci turda "Borussiya"ya 2:3 hesabı ilə məğlub olması nəticəsində Münhen təmsilçisi növbəti dəfə çempion titulunu qazanıb.