"Neftçi" darmadağınla qalib gəldi, lider oldu

"Neftçi" darmadağınla qalib gəldi, lider oldu

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI turun daha bir oyunu keçirilib.

Axar.az xəbər verir ki, "Neftçi" səfərdə "Səbail"lə qarşılaşıb. Görüş qonaqların 4-0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu qələbə ilə xallarının sayını 53-ə çatdıran "Neftçi" ən azı bir gün müddətinə liderliyə yüksəlib. Flaqman bir oyun az keçirən "Qarabağ"dan iki xal çox toplayıb. "Səbail" isə 24 xalla 7-ci yerdədir.