Əfqanıstanda dəhşətli partlayış - onlarla şagird öldü

Əfqanıstanda dəhşətli partlayış - onlarla şagird öldü

Kabilin qərb hissəsində yerləşən məktəbin yaxınlığında baş vermiş partlayışlar nəticəsində azı 37 nəfər həyatını itirib, daha 56 nəfər yaralanıb.

Modern.az xəbər verir ki, bu barədə “1TV” telekanalı Əfqanıstan Daxili İşlər Nazirliyinə istinadən xəbər verib.

Nazirliyin məlumatına görə, partlayış üç partlayış Kabildə qızlar məktəbinin qarşısında baş verib. Ölənlərin çoxu məktəb şagirdləridir.

Əfqanıstan lideri Əşrəf Qani baş verənləri terror aktı adlandırıb və baş verənlərdə radikal “Taliban” hərəkatını günahlandırıb. “1TV”, həmçinin bildirib ki, “Taliban”ın nümayəndələri hücumu pisləyiblər. Baş verənlərə görə məsuliyyəti heç bir təşkilat öz üzərinə götürməyib.