“Neftçi” darmadağınla qalib gəldi, “Keşlə” uduzdu

“Neftçi” darmadağınla qalib gəldi, “Keşlə” uduzdu

Bu gün Azərbaycan Premyer Liqasında 26-cı tura start verilib.

Yenisabah.az xəbər verir ki, ilk oyun günündə iki matç keçirilib. "Keşlə" "Sumqayıt"ı qəbul edib və 0:1 hesabı ilə uduzub. Günün son görüşündə "Neftçi" "Səbail"in qonağı olub və rəqibini darmadağın edib - 4:0

Qeyd edək ki, tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.

8 may

20:15: “Səbail” – “Neftçi” - 0:4

Qollar: Voyislav Stankoviç, 13, Yusuf Laval, 62, Keysuke Honda, 72, Namik Ələskərov, 79

18:00. “Keşlə” – “Sumqayıt” - 0:1

Qol: Rəhim Sadıxov, 78-pen