Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu “Heydər Əliyev və ümumtürk mədəni irsi” kitabını çapa hazırlayır

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu “Heydər Əliyev və ümumtürk mədəni irsi” kitabını çapa hazırlayır

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun (BTMİF) təşəbbüsü və dəstəyi ilə Türkiyədə Azərbaycanın ümummilli lideri Heydər Əliyevə həsr olunmuş “Heydər Əliyev və ümumtürk mədəni irsi” kitabı işıq üzü görəcək.

AZƏRTAC BTMİF-yə istinadla xəbər verir ki, kitabda Azərbaycanın və bütün Türk dünyasının görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyevin ümumtürk mədəniyyətinin inkişafına və möhkəmləndirilməsinə, türkdilli dahi şəxsiyyətlərin zəngin irsinin qorunub saxlanılmasına, eləcə də türk ölkələri arasında əlaqələrin genişləndirilməsinə verdiyi əvəzsiz töhfələr haqqında məlumat əksini tapacaqdır.

Kitabda, həmçinin Heydər Əliyevin türkdilli ölkələrin tanınmış mədəniyyət və incəsənət xadimləri ilə görüşlərini, türkdilli xalqların ziyalı nümayəndələrinin onunla bağlı xatirələrini əks etdirən fotoşəkillər də yer alacaq.

Nəşrin məsləhətçisi – Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, Milli Məclisinin deputatı, akademik Nizami Cəfərovdur.