Hulusi Akar son 5 ayda zərərsizləşdirdikləri terrorçuların sayını açıqlayıb

Hulusi Akar son 5 ayda zərərsizləşdirdikləri terrorçuların sayını açıqlayıb

Türkiyənin müdafiə naziri ayın 5-i qeyd etmişdi ki, aprelin 23-dən bəri İraqın şimalında həyata keçirilən Pəncə - İldırım və Pəncə - Şimşək əməliyyatları nəticəsində 68 terrorçu zərərsizləşdirilib.

BAKI, 8 may — Sputnik. Yanvarın birindən bu günə qədər İraq və Suriyanın şimalında keçirilən əməliyyatlar zamanı 988 terrorçu zərərsizləşdirilib. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib.

Türkiyənin müdafiə naziri mayın 5-i qeyd etmişdi ki, aprelin 23-dən bəri İraqın şimalında həyata keçirilən Pəncə - İldırım və Pəncə - Şimşək əməliyyatları nəticəsində 68 terrorçu zərərsizləşdirilib.