Türkiyə ilə bağlı Putin hökumətindən tələb

Türkiyə ilə bağlı Putin hökumətindən tələb

Rusiya Tur Operatorları Birliyi turistlərin böyük maraq göstərdiyi ölkələrə uçuşların bərpa olunmasını tələb edib.

Axar.az xəbər verir ki, məsələ ilə bağlı Rusiya Baş nazirinin müavini Tatyana Qolikovaya məktub göndərilib.

Qeyd olunub ki, yoluxma sayının artdığı Avstriya, Xorvatiya və Macarıstan kimi ölkələrə uçuşlar bərpa olunur. Türkiyədə koronavirusa yoluxma sayında azalma gedir. Lakin bu ölkəyə uçuşlara məhdudiyyət tətbiq olunub

Türkiyə ilə bağlı məhdudiyyətlər səbəbindən şirkətlərin turistlər qarşısında öhdəlikləri 44 milyard rubla yüksəlib. Təxminən 1,3 milyon insan istirahətə gedə bilmir.