“Evə qayıtmaq istəmirəm” - Co Bayden

“Evə qayıtmaq istəmirəm” - Co Bayden

ABŞ Prezidenti Co Bayden Böyük Britaniyaya səfəri çərçivəsində Baş nazir Boris Consonla görüşüb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, siyasətçilər və xanımları Kornoull qraflığında görüşüblər. Oranın təbiətinə heyran olan Bayden zarafatından da qalmayıb.

“Möhtəşəmdir, evə qayıtmaq istəmirəm”, - deyə Bayden bildirib.