Bu ölkədə subay qadınların ayrı yaşamasına icazə verildi  

Bu ölkədə subay qadınların ayrı yaşamasına icazə verildi  

Səudiyyə Ərəbistanı hökuməti, evlənməmiş, boşanmış və ya dul qadınların, adətən İslam qanunlarına görə qəyyumları olan yaxın kişi qohumlarının razılığı olmadan tək yaşamalarına icazə verəcək.

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, ultra mühafizəkar Krallığın məhkəmə sistemi Şəriət məhkəmələrinin prosessual qanununun 169-cu maddəsini ləğv edib. Dəyişiklik subay qadınların ayrı yaşamasına imkan verəcək.

Sənəddə deyilir ki, "yetkin bir qadının yaşadığı yeri seçmək hüququ var".

Hətta qadının qəyyumu yalnız cinayət törətdiyinə dair sübutları olduqda qadın barədə məlumat verə bilər.

Üstəlik, bir qadın cəzaçəkmə müəssisəsindədirsə, cəzanın sonunda qəyyumuna təhvil verilməyəcəkdir.

Vəkil Naif Əl-Mansiyə görə, "ailələr artıq tək yaşamağı seçən qızlarına qarşı məhkəmə iddiaları qaldıra bilməzlər".

Xatırladaq ki, bu ilin əvvəlində Səudiyyə Ərəbistanı 18 yaş və yuxarı yaşda olan qadınların bir qəyyumun icazəsi olmadan şəxsiyyət vəsiqələrində adlarını dəyişdirməsinə icazə verib. Hökumət 2019-cu ildə Səudiyyə qadınları üçün 21 yaşdan yuxarı qadınların pasport üçün müraciət və sərbəst hərəkət etməsinə imkan verən səyahət məhdudiyyətlərini də ləğv edib.

Bir il əvvəl Səudiyyə qadınlara avtomobili idarə etməyə icazə verilib.

Bu qanuni dəyişikliklər Vəliəhd Şahzadə Məhəmməd bin Salmanın iqtisadiyyatı şaxələndirmək və Krallığı daha çox “mülayim İslam forması” istiqamətində qurma təşəbbüsü adlandırılan "Vision 2030"un bir hissəsidir.

Turan ASLAN