Latviyalı deputat Rusiyaya casusluq ittihamı ilə həbs edildi

Latviyalı deputat Rusiyaya casusluq ittihamı ilə həbs edildi

Riqanın Vidzeme şəhər məhkəməsi Latviya seyminin deputatı Yanis Adamsonsun həbsi ilə bağlı qərar verib. “İnterfaks” xəbər verir ki, millət vəkili Rusiyanın lehinə casusluqda ittiham olunur. Deputatın toxunulmazlıq hüququnun ləğvi və həbsi ilə bağlı qərar parlamentdə səsvermə nəticəsində qəbul edilib. 69 həmkarı Adamsonsun həbsinin lehinə, 5-i əleyhinə səs verib, 4 parlamentari isə bitərəf qalıb.

Yanis Adamsons parlamentin Müdafiə, Daxili İşlər və Korrupsiyanın Qarşısının Alınması Komissiyasının üzvüdür. Latviyanın Təhlükəsizlik Xidməti Rusiyanın lehinə casusluq iddiasında Adamsonsa qarşı 40-dan çox epizodda şübhələnir.